Koordinasiya Şurasının iclasında ölkədə mövcud olan epidemioloji vəziyyət müzakirə edildi və növbəti qərarlar verildi:

İqtisadi fəaliyyətin mərhələ şəklində bərpası planını təqdim edirik

 

►  Mövcud olan epidemioloji standartların və requlyasiyaların qorunması şərti ilə, fevralın 25-dən dağ kurortlarında mehmanxanalar açılacaq;

► Martın 8-dən, epidemioloji standartların və requlyasiyaların qorunması şərti ilə, dağ kurortlarındaki kanat yolları açılacaq;

►  Şəhərlərarası nəqliyyatın hərəkəti fevralın 25-dən bərpa ediləcək;

►  Restoranlar martın 1-dən Batumidə, Gürcüstanın qalan hissəsində isə, martın 8-dən, həftə sonları istisna olmaqla, qapalı məkanda fəaliyyətə başlayacaq;

► Bununla yanaşı, yerdəyişmə ilə əlaqədar axşam saat 21:00-dan səhər 5:00-dək tətbiq olunan qadağa qüvvədə qalır;

► Restoranların qapalı məkanlarında tətbiq olunan requlyasiyaların qorunması, müvafiq idarələr tərəfindən sərt şəkildə nəzarət ediləcək;

►  Konfrans və treninqlər müvafiq protokola əməl edərək, martın 1-dən bərpa olunacaq;

► İdman zalları müəyyən edilmiş qaydalara müvafiq olaraq, martın 15-dən fəaliyyətə başlayacaq;

►  Dövlət və özəl məktəbəqədər təhsil müəssisələri, 1 mart tarixindən etibarən, hər iki həftədə bir dəfə işçilərin 20%-nin məcburi test edilməsi şərti ilə fəaliyyətə başlayacaq;

►  Ali təhsil müəssisələri və peşə məktəbləri martın 1-dən klinik, praktik, laboratoriya fəaliyyətlərini bərpa edib, imtahanlarını qeyri-distant formatda keçirib, 15 martdan isə, tədris prosesini auditoriyalarda bərpa edə biləcəklər.

► Məktəb məşğələləri martın 15-dən etibarən bərpa olunacaq;

► Muzey və kitabxanalar martın 1-dən etibarən fəaliyyətlərini bərpa edəcəklər;

►  Teatrlar, idman klubları, peşə ansamblları məşğələ və məşqləri martın 15-dən etibarən, fəaliyyətlərini tam şəkildə isə, (teatr tamaşaları, idman yarışmaları tamaşaçı olmadan) aprelin 1-dən etibarən bərpa edə biləcəklər;

► Qeyri-qida pərakəndə ticarət, şənbə-bazar günü də daxil olmaqla, həm ticarət molları, həm də bazarlar martın 8-dən fəaliyyətlərini bərpa edəcəklər;

►  Koordinasiya şurasında həmçinin, ölkəyə vizitorların buraxılması ilə bağlı requlyasiyaların yüngülləşdirilməsinə dair də qərarlar verildi. Yəni, vətəndaşlarının hava yolları ilə, PCR testinin mənfi cavabı əsasında, Gürcüstana daxil olmasına icazə verilən ölkələr siyahısına martin 1-dən, Ermənistan, Azərbaycan, Ukrayna, Qazaxstan, Rusiya və Belorusiya da əlavə edildi. Quru yollarında isə, hələlik bu gün qüvvədə olan rejim qalır.

►  Epidemioloji vəziyyətə nəzarət edilməsi şərti ilə, məhdudiyyətlərin yüngülləşdirilməsi ilə bağlı qərarlar, mövcud olan epid-vəziyyətin analizi əsasında veriləcək. Ümid edirik ki, vətəndaşlarımız yüksək vətəndaş məsuliyyətini göstərəcəklər və birgə səylərimizlə vəziyyəti kontrol altında saxlaya biləcəyik.