İqtidarın anti-böhran planının 4-cü mərhələsi – Vətəndaşlara və özəl sektora yeni dəstək paketi

  1. Vətəndaşlara qayğı – proqramın ümumi büdcəsi - 545 milyon lari təşkil edir. Benefisiarların ümumi sayı isə, 500 min nəfərdən çoxdur (Bu rəqəmlərə komunal vergilərin subsidiya göstəriciləri daxil deyil)

    • Komunal xərclərin subsidiyası - 4 ay ərzində (Noyabrdan dekabr daxil olmaqla) komunal xərclərin subsidiyalaşdırılması həyata keçiriləcək (200 kvt/3m-ya qədər istifadə). Benefisiarların ehtimal olunan sayı - 1 milyon ailə. Büdcə 270 milyon lari;
    • İşini itirən şəxslər üçün 1200 larilik yardım - formal sektorda işlə təmin edilən şəxslər, hansı ki, müvəqqəti olaraq, işsiz qalıblar, 2021-ci ilin yanvar ayından 6 ay ərzində 200 larilik yardım alacaqlar. Benefisiarların ehtimal olunan sayı - 125,000 nəfər.Büdcə - 150 milyon lari;
    • 300 larilik bir dəfəlik yardım - Dekabr və yanvar ayında qoyulan məhdudiyyətlər nəticəsində fəaliyyətlərini dayandıran obyektlərdə işləyən şəxslərə və individual istehsalçılara 300 larilik kompensasiyalar veriləcək. Benefisiarların ehtimal olunan sayı - 100 min nəfər. Büdcə - 30 milyon lari;

    • 600 larilik yardım - 65-dən 100 min sosiyal balı olan ailələr yanvar ayından, 6 ay ərzində, ayda 100 larilik (ailə üzvlərinin sayına görə) yardım alacaqlar. Benefisiarların ümumi sayı 72 minə qədər ailə (220 minə qədər şəxs), büdcə - 55 milyon lari;
    • 600 larilik yardım - 0-dan 100 min balı və evdə 3 və 3-dən artıq 16 yaşına qədər uşağı olan ailələr, 6 ay ərzində, ayda 100 lari alacaqlar (yanvar ayından iyun daxil olmaqla) - 24 min ailə. Büdcə - 15 milyon lari;
    • 18 yaşa qədər məhdud fiziki imkanlı şəxslər və ağır dərəcədə məhdud fiziki şəxslər üçün 600 larilik yardım veriləcək ayda 100 lari, 6 ay ərzində. Benefisiarların sayı - 43 min nəfər. Büdcə - 27 milyon lari;
    • Dekabr-yanvar aylarında fəaliyyətini dayandıran obyektlərdə işləyən şəxslər üçün bank kreditlərinin ödənişi təxirə salınacaq..

     

     

  2. Biznesə dəstək paketi - 515 milyon lari

    • Gəlir vergisinə güzəşt - 1500 lariyə qədər maaşı olan şəxslər 750 lariyə qədər gəlir vergisindən, 2021-ci ilin dekabr-may müddətində azad olunurlar. Benefisiarların ehtimal olunan sayı 33 min şirkət və 425 min işlə təmin olunan şəxsdir. Büdcə - 260 milyon lari.
    • Turizm sektoru üçün əmlak vergisinə güzəşt - turizm sektoru (Mehmanxanalar, restoranlar və bənzər fəaliyyətə qoşulan şirkətlər) 2021-ci ildə əmlak vergisindən azad olunur. Büdcə - 45 milyon lari;
    • 2020-ci ilin 4 ay müddəti ilə təxirə salınan gəlir vergisinin ləğv olunması -turizm sektorunda həyata keçiriləcək (Mehmanxanalar, restoranlar və bənzər fəaliyyətə qoşulan şirkətlər) 2020-ci ilin dekabrın 1-nə qədər təxirə salınan gəlir vergilərinin ləğv olunması. Büdcə - 20 milyon lari;
    • Mehmanxanaların bank kreditlərinin faizlərinin subsidiyalaşdırılması davam edəcək, həmçinin, restoranların bank kreditlərinin faizlərin subsidiyalaşdırılması 6 ay ərzində davam edəcək. Benefisiarların ehtimal olunan sayı - 3700 şirkət;;
    • Mikro qrant proqramı - istehsalçıların mikro qrant proqramı həyata keçirilir, hansı ki, minlərlə yeni biznes-layihələrini maliyyələşdirəcək (2020-ci ilin proqramı) Büdcə - 40 milyon lari;
    • Kredit-zəmanət fondu - 2021-ci ildə kredit-zəmanət fondunun fəaliyyəti fəal şəkildə davam edəcək, hansı ki, özəl sektorun kreditlərinin restrukturisaziyasına və yeni vəsaitlərin alınmasına yardım edəcək. Büdcə - 100 milyon lari;
    • Dekabr-yanvar aylarında fəaliyyətini dayandırılan şirkətlərə bank kreditlərinin təxirə salınması üçün imkan yaradılacaq.

Cəmi olaraq, yeni paketlərin tam büdcəsi, 1,1 milyard lari təşkil edir.