Amiran Qamğrelidze - mənim şəxsi hesablamalarımla, bəşəriyyət həyatın adi ritminə təxminən bir il-il yarıma qayıdacaq

Mənim şəxsi hesablamalarım və proqnozumla, bəşəriyyət həyatın adi ritminə təxminən bir il-il yarıma qayıdacaq, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze idarələarası koordinasiya şurası iclasının başa çatmasından sonra brifinqdə bəyan etdi.

Onun dediyinə görə, vaksinasiyaya baxmayaraq, əhali müəyyən müddət ərzində maska gəzdirməli, məsafə və gigiyenanı müdafiə etməli olacaq.

“Həyatın adi ritminə ki, hər yerdə hərəkət edirdik, maska gəzidrmirdik və səyahət edirdik, mənim şəxsi hesablamalarım və proqnozumla, bəşəriyyət həyatın adi ritminə təxminən bir ilə, bir il yarıma qayıdacaq. Əgər bu il, vaksinasiya ilə bağlı qarışya qoyulan hədəflər ki, vaksinlər böyük miqdarda istehsal olunub və müxtəlif ölkələr tərəfindən dörd milyard insanın iki dəfə vaksinasiyası üçün səkkiz milyard doza sifariş olunub, əgər bunlar baş versə və buna nail olunsa, bununla birlikdə biz müəyyən dövr ərzində maska gəzdirməli olacağıq, tam vaksinasiyaya baxmayaraq. Bununla yanaşı məsafənin və gigiyenanın müdafiəsi lazım olacaq. Bu ki, başqa şeylərə də təsir göstərdi. Gördünüz, bu il qrip demək olar yoxdur. Buna görə, təxminən bir ilə, bir il yarıma bəşəriyyət həyatın adi ritminə qayıdacaq”, – Amiran Qamörelidze bəyan etdi.

Mənbə: 1tv.ge