Amiran Qamğrelidze - Gürcüstanda epidemioloji vəziyyətin sabitləşməsi prosesi davam edir

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, Gürcüstanda epidemioloji vəziyyətin sabitləşməsi prosesi davam edir.

Elə onun dediyinə görə, epidemioloji vəziyyətin dəyərləndirilməsi zamanı xüsusi diqqət müsbət dinamikanın göstəricisinin nə qədər davamlı olmasına yetirilir.

“Ölkədə sabirləşmə prosesi və dinamikası davam edir. Bu günki səhərin müsbət göstəricisi 5.8 faizdir. Son üç-dörd gündür müsbət göstəricisi dörd və altı arasındadır. Son yeddi gününki altı faizdir. Yəni bunun da azalma dinamikası var. Bildiyiniz kimi, epidemioloji vəziyyətin dəyərləndirilməsi zamanı xüsusi diqqət müsbət dinamikanın göstəricisinin nə qədər davamlı olmasına yetirilir. son 14 gündə 7.1 faizdir, bütün yanvar 8.7 faiz və 30 gün göstəricisi 9.4 faizdir”, – Amiran Qamğrelidze bəyan etdi.

Mənbə: 1tv.ge